Azərbaycanın sürücülük vəsiqəsi Rusiyada işləməyəcək
Bu qanunun qəbul edilməsinə səbəb isə Rusiyanın Podolsk şəhəri yaxınlğında erməni sürücünün törətdiyi qəzadır. Qəza nəticəsində 18 nəfər həyatını itirib. Bu hadisədən sonra Rusiya hökuməti sözügedən qanunun qəbul edilməsini istədilər və bugündən etibarən qanun qüvvəyə mindir.
Məsələ ilə mətbuata açıqlama verən Rusiya Yol Polis İdarəsinin rəsmisi bildirib ki, sürücü işləyən əcnəbilər 2014-cü ilin mayın 14-ə qədər öz sürücülük vəsiqələrindən istifadə edə biləcəklər. İnsan və əşya daşıyan miqrantlar mütləq Rusiyanın sürücülük vəsiqəsini almalıdırlar.
Qanunu pozan şəxslər isə iki il müddətinə sürücülükdən məhrum ediləcək və 50-100 rubl arasında pul cəriməsi ödəyəcəklər.
Sevinc İltifatqızı
Teqlər: