İcra başçısı jurnalistlər üçün müsabiqə elan etdi

İcra başçısı jurnalistlər üçün müsabiqə elan etdi
  06 Noyabr 2013    Oxunub:1278
Binəqədi Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün fərdi yazı müsabiqəsi elan edib.
Noyabrın 5-də Binəqədi Rayon icra Hakimiyyətində yerli icra hakimiyyətləri ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair növbəti konfrans keçirili. Prezident yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə baş redaktorlar, rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak ediblər.

AzVision.az-ın məlumatına görə, Binəqədi Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün fərdi yazı müsabiqəsi elan edib.

Müsabiqənin məqsədi Binəqədi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır..

Müsabiqə "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda keçirilir.

Yazıların qəbulu 6 noyabr 2013-cü il tarixindən başlayıb, 16 dekabr 2013-cü il tarixində başa çatır.

Müsabiqəyə təqdim olunmuş yazılar aşağıdakı kimi mükafatlandırılacaq.

I yer - 1 000 AZN (1 nəfər - 1.000 AZN)

II yer - 800 AZN (2 nəfər - 1.600 AZN)

III yer - 600 AZN (3 nəfər - 1.800 AZN)

Həvəsləndirici mükafat - 200 AZN (10 yazı müəllifinə həvəsləndirici mükafat veriləcək)

Qaliblər, həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.


Teqlər:  





Xəbər lenti