Arif Rəhimzadə bələdiyyələrə ayrılan pula ETİRAZ etdi
A.Rəhimzadə bu məsələyə diqqət ayrılmasının vacib olduğunu diqqətə çatdırıb:
“Büdcədə artımlar var. Bununla belə, yerli bələdiyyələrə ayrılan büdcədə artım yoxdur. Biz onları qınaq orqanı kimi yaratmışıq deyəsən. Biz nəzərə alaq ki, bələdiyyə orqanları dövlətin vacib strukturudur. Gərək ona diqqət edək. Deyəcəklər ki, büdcənin bələdiyyərə qarşı öhdəliyi yoxdur. Ancaq gəlin görək bələdiyyə onlara verilən qanunla imtiyazlarından istifadə edə bilirmi? Yox. Bələdiyyənin büdcəsi 30-35 min manat təşkil edir. Dotasiya da daxil olmaqla. Yəni hər bələdiyyəyə 3000 min manat pul verilir, hansıki ölkədə 1700 bələdiyyə var.
Biz bilirik ki, bələdiyyələrin kommunal təsərrüfatları yoxdur. Onların adi məişət tullantılarını çıxarmağa belə imkanı yoxdur. Mən xahiş edirəm ki, bu məsələyə diqqət ayrılsın. Kino ilə bələdiyyəyə eyni miqdarda vəsait ayrılır. Onlar 5 milyon manata 2 kino çəkəcəklər, amma 1700 bələdiyyəyə də 5 milyon ayılır.
Millət vəkili Bəxtiyar Əliyev isə çıxışında təhsil sahəsinə və tibbə göstərilən diqqətdən söz açıb. Deputat Tibbi sığortanın tətbiq edilməsinin vacib olduğunu bildirərək bununla səhiyyə sahəsində yaranan boşluqların aradan qaldıra biləcəyini deyib.
“Necə ki təhsildə adambaşına ödənişə keçilməklə effektivliyə nail olunur, tibbi sığortanın tətbiqi ilə biz klinikalarda həkimlərin vəziyyətini yaxşılaşdıra bilərik. Regionların inkişafı ilə bağlı dövlət proqamlarının icrasını tam görə bilmirik. Bu gün 5 şəhər dotasiyadan imtina edib. Qalanlarına isə vəsait ayrılır. Onda bu günə qədər regionların inkişafı ilıə bağlı dövlət proqramlarının icrasının nəticəsi necə oldu? Bu proqrama görə onlar 2014-cü ildə artıq özlərini tam təmin etməli idi. O zaman bu necə oldu? Bu pqroqramların icrası isə yerli icra hakimiyyətlərinə dəstək göstərmək əvəzinə maneələr yaradırlar”
Millət vəkili qeyd edib ki, büdcə xərcləri yerli və mərkəzi orqanları tərəfindən təyinatı üzrə düzgün xərclənmir və yenidən büdcəyə qayıdır:
“Bu ciddi suallar doğurur. Dövlət proqramlarının düzgün yetirnə yetirilməməsi və büdcə xərclərinin düzgün istifadə edilməməsi və korrupusiyaya qarşı mübarizənin effektiv aparılmaması ciddi suallar doğurur və bunun üzərində ciddi düşünmək lazımdır”
Sevinc İltifatqızı