Nazir bankların kredit faizlərindən gileyləndi

Nazir bankların kredit faizlərindən gileyləndi
  06 Noyabr 2013    Oxunub:1253
“Bankların faiz dərəcələrini aşağı salması bu kreditdən istifadəni genişləndirə bilər”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisdə 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O, bankların ipoteka kredit faizlərinin yüksək narahatçılığını ifadə edib:

“Kommersiya ipotekalarının faiz dərəcələrini endirilməlidir. Bankların faiz dərəcələrini aşağı salması bu kreditdən istifadəni genişləndirə bilər. İnsanlara daha geniş şəbəkədə bundna istifadə edilməsinə səbəb ola bilər”.

Millət vəkili Qənirə Paşayeva da Parlamentdə hökuməti 2014-cü ilin dövlət büdcəsində ipoteka kreditlərinə ayrılan vəsaitin həcmini artırmağa və şərtləri yumşaltmağa səsləyib.
Millət vəkili Qənirə Paşayeva 2014-cü ilin dövlət icmal büdcəsinin layihəsinin bu gün parlamentin komitələri səviyyəsində müzakirəsi zamanı ipoteka kreditlərinin həcminin artmasına və şərtlərinin yumşaldılmasına böyük ehtiyac olduğunu deyib. Minlərlə ailənin mənzil problemindən əziyyət çəkdiyini deyən millət vəkili 2014-cü ilin dövlət büdcəsində ipoteka kreditlərinin həcminin daha artırılmasına və şərtlərinin yumşaldılmasına böyük ehtiyac olduğunu deyib.

Millət vəkili ölkəmizin ipoteka kreditlərinin həcmini artırmaq üçün imkanları olduğunu qeyd edib. “Nə qədər gənc ailələrdə mənzil məsələsinə görə problem yaranır. Xahiş edirəm ki, hökumət bu məsələyə xüsusi diqqət ayırsın. Bu gün minlərlə ailə mənzil problemindən əziyyət çəkir, ipoteka kreditlərinin həcminin artmasına və şərtlərin yumşaldilmasına böyük ehtiyac var. Nəzərə almalıyıq ki, yüzlərlə ailənin, hətta orta əmək haqqı alan ailələr belə öz mənzil problemlərini həll etmək üçün ipotekaya böyük ümidlər bəsləyir. Ona görə də sosial ipotekanın daha da genişlənməsinə həddindən artıq böyük ehtiyac var."

AzVision.az


Teqlər:  





Xəbər lenti