“Parabank”da 220 minlik cinayət
Araşdırmalar zamanı filialda kredit mütəxəssisi vəzifəsində işləmiş Orxan Uğurluzadənin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta sənədlər əsasında ayrı-ayrı şəxslərin adına ümumilikdə 225.0 min manat məbləğində kreditin ayrılması nəticəsində cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
O.Uğurluzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
AzVision.az