Eldar Namazovla jurnalistin pul davası- TƏFƏRRÜAT

Eldar Namazovla jurnalistin pul davası- TƏFƏRRÜAT
  06 Noyabr 2013    Oxunub:1222
Milli Şura üzvü, “EL” Hərəkatının sədri Eldar Namazovla xanım jurnalist Aynur Elgünəş arasındakı pul qalmaqalının təfərrüatları bəlli olub.

Bu barədə AzVision.az-a danışan Aynur Elgünəşin sözlərinə görə, 2009-cu ilin 17-18 noyabr tarixlərində Eldar Namazov Novxanıda tədbir keçirib.

“Tədbir Marşal Fondu tərəfindən maliyyələşmişdi, Ermənistan- Türkiyə sərhədinin açılmasının ictimai müzakirəsi gedirdi.

Həmin vaxt Eldar Namazov məndən xahiş etdi ki, o tədbirin stenoqramını çıxarım və sonra kitab halında dərc olunacaq. İki günlük tədbirdəki çıxışları düz 3 ay diktofondan köçürdüm. Bir kitablıq yazı idi. Əvvəlcədən 500 manat danışmışdıq, sonra dedi ki, bəs layihənin davamı olmayacaq, kitab təxirə düşdü. Mən də dedim ki, mənə nə? Amma pul yoxdursa, sizə 200 manatı keçirəm, 300 verərsiz. Vermədi. Dəfələrlə tədbirdə rastlaşmışıq, pulumu istəmişəm.

Gah bəhanə edib ki, tərcüməçilər baxıb deyiblər ki, xeyli redaktə səhvi var. Demişəm mənim işim stenoqrama çıxarmaq idi, redaktə yox. halbuki cümlələri redaktə edirdim. Nə isə, uzandı, 4 ildir artıq. Hələ də o pulu ala bilməmişəm” .

Mirvari


Teqlər:  





Xəbər lenti