Prezidentin mətbuat xidmətindən Marqvelaşvili AÇIQLAMASI

Prezidentin mətbuat xidmətindən Marqvelaşvili AÇIQLAMASI
  06 Noyabr 2013    Oxunub:1058
Prezident İlham Əliyevin mətbuat xidməti Gürcüstanın yeni seçilmiş dövlət başçısı Georgi Marqvelaşvilinin andiçmə mərasiminə Azərbaycanın dəvət edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Prezidentin mətbuat xidmətindən AzVision.az-a bildirib ki, Georgi Marqvelaşvilinin inaqurasiya mərasiminə prezident İlham Əliyevin və eləcə də digər dövlət rəsmilərinin dəvət edilməsi barədə onlarda heç bir məlumat yoxdur.

“Bizdə belə bir məlumat yoxdur”-deyə prezidentin mətbuat xidmətindən açıqlama verilib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu məsələdən xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Gürcüstanın Xarci İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Georgi Marqvelaşvilinin andiçmə mərasiminə görə Azərbaycana dəvət göndərilib.

“Biz artıq Azərbaycana andiçmə mərasimində iştirak etmək üçün nota göndərmişik. Eləcə də bir neçə gün sonra Azərbaycanın Gürcüstandakı səfirliyinə ətraflı məlumat verəcəyik”-deyə, Gürcüstanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Xatırladaq ki, Gürcüstanın yeni prezident Georgi Marqvelaşvilinin andiçmə mərasimi noyabrın 17-də keçiriləcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti