Eldar Namazov kimdən qaçır?
Dəfələrlə telefon zənglərinə və mesajlara baxmayaraq o, jurnalistin haqqında dediyi fikirlərə reaksiya vermədi. Namazovun mətbuatdan qaçması görünür jurnalistin qoyduğu fakt qarşısında aciz qalmasından irəli gəlir.
Qeyd edək ki, E.Namazov jurnalist Aynur Elgünəşə müəyyən pul müqabilində iş gördürsə də onun əziyyəthaqqının ödəməkdən boyun qaçırıb.
Bu barədə AzVision.az-a danışan Aynur Elgünəşin sözlərinə görə, 2009-cu ilin 17-18 noyabr tarixlərində Eldar Namazov Novxanıda tədbir keçirib.
“Tədbir Marşal Fondu tərəfindən maliyyələşmişdi, Ermənistan- Türkiyə sərhədinin açılmasının ictimai müzakirəsi gedirdi.
Həmin vaxt Eldar Namazov məndən xahiş etdi ki, o tədbirin stenoqramını çıxarım və sonra kitab halında dərc olunacaq. İki günlük tədbirdəki çıxışları düz 3 ay diktofondan köçürdüm. Bir kitablıq yazı idi. Əvvəlcədən 500 manat danışmışdıq, sonra dedi ki, bəs layihənin davamı olmayacaq, kitab təxirə düşdü. Mən də dedim ki, mənə nə? Amma pul yoxdursa, sizə 200 manatı keçirəm, 300 verərsiz. Vermədi. Dəfələrlə tədbirdə rastlaşmışıq, pulumu istəmişəm.
Gah bəhanə edib ki, tərcüməçilər baxıb deyiblər ki, xeyli redaktə səhvi var. Demişəm mənim işim stenoqrama çıxarmaq idi, redaktə yox. halbuki cümlələri redaktə edirdim. Nə isə, uzandı, 4 ildir artıq. Hələ də o pulu ala bilməmişəm” –deyə jurnalist Namazovu ifşa edib.
Qeyd edək ki, E.Namazovun rəhbəri olduğu EL hərəkatı üzvlərinə qarşı da mətbuatda indiyədək bir sıra oxşar məlumatlar yayılıb.
Rüstəm İsmayılov