Hafiz Hacıyev müxalifətə birləşmə təklif etdi
Toplantıda seçki sonrası təşkilatın konkret görəcəyi işlər ,və digər cari məsələlər müzakirəyə çıxarılıb. MMP Təşkilat Şöbəsinin rəhbəri Rəsul Məmmədov təşkilatlanmanın işi barədə öz hesabatını verdikdən sonra, söz partiyanın sədri Hafiz Haciyevə verilib.
Daha sonra Hafiz Hacıyev ölkədəki ictimai-siyasi proseslərə öz münasibətini bildirib: ”Ölkədə seçkilər bizim də qatqımızla çox uğurla başa çatdı. Bu dəfə də iqtidarlı-müxalifətli hamı öz gücünü bir daha nümaiş etdirdi.Daxildə hadisələr getdikcə axarına düşsə də ,xaricin təzyiqləri səngimək bilmir. Xaricin ümumulikdə regiona olan basqıları təsirsiz ötüşməyəcək.İki supergücün “yorğan davası”nın zərbəsi ölkədən kənara çörək dalınca gedən vətəndaşlarımıza dəyəcək.Yaranan bu ağır situasiya ölkəmiz üçün yaxşı heç nə vəd etmir. Təkcə Rusiyada 2 milyona yaxın vətəndaşımız yaşayır ki, onların geri qayıtması ölkənin iqtisadiyyatına böyük zərbə vurar. Hadisələr göründüyündən də bəlkə qəlizdir. Ancaq hələlik ölkədə sakitlik hökm sürür. Mən təklif.edirəm ki , bütün baş verənləri nəzərə alıb, müxalifətli-iqtidarlı milli maraqlar naminə , xalqın , kasıb təbəqənin rifahi naminə birləşib təhlükələrin qarşısını almaq lazımdır. Bir sözlə bizi qarşıda çox ciddi sınaqlar gözləyir. Onun üçün strukturlarımıza bir də nəzər salmalıyıq.
Gedən proseslərə qarşı və ya dəstək vermək üçün gücümüzü səfərbər etməliyik.”.
Daha sonra rayon təşkilatlarında son durum müzakirə edilib.
Toplantının sonunda partiya sədrinin sərəncamı ilə partiyada yeni təyinat olub. Vaxtı ilə Azərbaycan LKGİ MK işləmiş milliyətcə rus olan Mixail Safranov MMP-nin SNQ üzrə səlahiyyətli nümayəndəsi təyin edilib. Ona ciddi tapşırıqlar verilib.Yaxın günlərdə M.Safanov Moskvaya ezam ediləcək. Safanov orada səfirliyimizin nümayəndələri ilə görüşüb .soydaşlarımıza köməklik göstərməyə çalışacaq. Bununla da toplantı öz işini başa çatdırıb.
AzVision.az
Teqlər: