Cəmil Həsənli Abbas Abbasovla ”görüşündən” danışdı

Cəmil Həsənli Abbas Abbasovla ”görüşündən” danışdı
  07 Noyabr 2013    Oxunub:1138
Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli baş nazirin sabiq birinci müavini Abbas Abbasov və oğlu deputat Aydın Abbasovla Türkiyədə görüşməsi haqda yayılan məlumatlara münasibət bildirib.
O, AzVision.az-a açıqlamasında Abbas Abbasovla görüşmədiyini deyib.

“Mən Abbas Abbasovla görüşməmişəm. Belə bir hadisə olmayıb. Görüşmək fikrim də yoxdur”.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Türkiyə Tarix Qurumunun toplantısına qatılmaq üçün İstanbulda səfərdə olan professor Cəmil Həsənli “Milyarderlər ittifaqı”nın sədri Abbas Abbasovla, onun deputat oğlu Aydın Abbasovla və “LUKoil” şirkətinin Türkiyə nümayəndəliyinin rəhbəri olan digər oğlu Vüsal Abbasovla restoranda görüşüb. Görüşün İstanbulun “Çırağan” sarayında yerləşən restoranda baş tutduğu bildirilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti