ATƏT sədri: “Prezidentlərin görüşünə çalışırıq”
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı razılığın əldə olunması vacib addımdır.
“Biz Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə müzakirələr aparırıq. Hazırda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün baş tutması üçün iş aparırıq. Ümid edirəm ki, görüş ilin sonunadək keçiriləcək”, - ATƏT sədri deyib.
Lamberto Zannyerin sözlərinə görə, ATƏT-in vəzifəsi tərəflərin siyasi nizamlanma yolu ilə irəliləmək, niyyətini dəstəkləməkdir, başqa alternativləri nəzərdən keçirmək yox.
Teqlər: