Azərbaycan nümayəndə heyəti Tehranda
AzVision.az xəbər verir ki, bu gün Tehranın “Azadi” otelində İƏT-nın Nazirlər Şurasının XXI iclasına hazırlıq məqsədi ilə üzv dövlətlərin yüksək vəzifəli şəxslərinin iclası işə başlayıb.
İki gün davam edəcək iclasda İƏT-nın Baş katibi hesabat məruzəsi ilə çıxış edəcək, təşkilatın Bakı şəhərində fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin nizamnaməsi razılaşdırılacaq, nəqliyyat, ticarət, enerji, ətraf mühit və kənd təsərrüfatı sahələri üzrə 2012-1013-cü illərdə görülən işlərə nəzər yetiriləcək, İƏT-in layihə və proqramlarının icra vəziyyəti dəyərləndiriləcək, 2014-cü ilə dair iş proqramında əksini tapan təkliflərə dair qərarlar qəbul ediləcək.
Nazirləri Şurasında qəbul ediləcəyi nəzərdə tutulan Kommunikenin mətni hazırlanacaq.
Teqlər: