245 ton pambıq yığıldı
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Rayon icra hakimiyyətindən bildiriblər ki, son illər Ağdaşda kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın inkişaf etdirilməsinə diqqət artıb. Bu il torpaq mülkiyyətçiləri 230 hektar sahədə məhsul yetişdirib. Bu, əvvəlki ildəkindən 7 hektar çoxdur.
Torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulu vaxtında və itkisiz yığmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Sentyabr-noyabr aylarında rayonda ümumilikdə 245 ton pambıq yığılıb. Yığılan məhsul qurudularaq Ucar rayonundakı “Pambıq” ASC-yə təhvil verilib.
Teqlər: