Dünya Bankinin ekspertləri Azərbaycanda
Mərkəzi Bankın kommunikasiya departamentindən bildiriblər ki, layihənin planına müvafiq olaraq Mərkəzi Bankda Dünya Bankının ekspertləri ilə birlikdə bank nəzarətçiləri və digər əlaqədar struktur bölmələrinin əməkdaşları üçün əməliyyat risklərinin idarə edilməsi üzrə seminar keçirilmişdir. Seminarda beynəlxalq requlyativ standartlarda əməliyyat risklərinin tənzimlənməsi çərçivəsi, onların Azərbaycan bank sisteminə tətbiqi və digər məsələlər interaktiv şəkildə müzakirə edilmişdir. Müzakirələrin nəticələri və əldə edilmiş məlumatlar requlyativ tələblərin müəyyən edilməsində nəzərə alınacaqdır.
Qeyd edək ki, gələcəkdə ölkədə fəaliyyət göstərən banklar üçün də əməliyyat risklərinin idarə edilməsi üzrə seminarın keçirilməsi nəzərdə tutulur.