Azərbaycanın ən çox xeyir verdiyi ölkələr - SİYAHI
Bu müddət ərzində Azərbaycanın 28 milyard 798 mlyon 625 min dollar həcmində ticarət dövriyyəsi gerçəkləşdirib.
İtaliya siyahıda birinci oldu
Reytinq siyahısına görə, bu ilin ilk 10 ayında Azərbaycanın ən çox ticarət etdiyi ölkə İtaliya olub. Ticarətin həcmi 5 milyard 66 milyon 500 min dollar olub. Siyahıda ikinci yerdə 2 milyard 544 milyon 272 min dollar həcmiylə İndoneziya durur. Üçüncü yerdə isə Rusiya dayanır. Belə ki, Rusiya ilə ticarətin dövriyyəsi 2 milyard 176 milyon 376 min dollar olub.
Türkiyə isə bu siyahıda 4-cü yerdədir. Azərbaycanın Türkiyə ilə ticarət əlaqəsinin həcmi 1 milyard 644 milyon 181 dollar olub.
Türkiyədən sonra Almaniya (1 milyard 630 milyon 985 min dollar), Tayland (1 milyard 568 milyon 412 min dollar), İngiltərə (1 milyard 232 milyon 158 min dollar), Fransa (1 milyard 304 milyon 442 min dollar), ABŞ (1 milyard 188 milyon 688 min dollar), İsrail (1 milyard 19 milyon 433 min dollar), Hindistan (910 milyon 762 min dollar), Yunanistan, (749 milyon 475 min dollar), Ukrayna (670 milyon 847 min dollar), Portuqaliya (527 milyon 344 min dollar) və Çin (524 milyon 104 min dollar) siyahıda yer alıb.
Sevinc İltifatqızı