Azərbaycanda 15 milyardlıq alış-veriş
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, satılmış istehlak mallarının 51,8 faizini ərzaq, 48,2 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4 faiz artıb.
Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 2 milyon manat təşkil edib. Bunun 83,9 faizi hüquqi, 16,1 faizi fiziki şəxslərin payına düşüb. Elektron ticarət dövriyyəsinin 90,4 faizini qeyri-ərzaq malları təşkil edib.