Səfirliyimiz milad yarmarkasında iştirak edib

Səfirliyimiz milad yarmarkasında iştirak edib
  03 Dekabr 2013    Oxunub:1184
Azərbaycanın Litvadakı Səfirliyi 11-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib.
Cari ilin 30 noyabr tarixində Azərbaycanın Litvadakı Səfirliyi bu ölkədə akkreditə olunmuş qırxdan artıq diplomatik nümayəndəliyin iştirakı ilə Ratuşada keçirilmiş 11-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib.

Tədbirin keçirilməsinin əsas məqsədi yarmarkada satışa çıxarılan məhsullardan əldə olunan vəsaitlərin Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına köçürülməsi olub. Eyni zamanda, xeyriyyə yarmarkası iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin və mətbəxinin təbliği baxımından da böyük əhəmiyyət daşıyır.

Səfir Həsən Məmmədzadə xeyriyyə yarmarkasında iştirak edən Litva Prezidenti xanım Dalya Qribauskayteyə Azərbaycan guşəsində nümayiş olunan məhsullar haqqında qısa məlumat verib.


Teqlər:





Xəbər lenti