KXCP Cəmil Həsənlinin sədr olmasını istəmir

KXCP Cəmil Həsənlinin sədr olmasını istəmir
  03 Dekabr 2013    Oxunub:1207
Klassik Xalq Cəbhəsi Partiyası Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən istefa verməsinə qarşı çıxıb.
Partiyanın sədr müavini Xəzər Teyyublu AzVision.az-a açıqlamasında İbrahimbəyovun istefasını doğru saymadıqlarını bildirib.

KXCP rəsmisi Cəmil Həsənlinin sədrliyinə gəlincə belə cavab verib:

“Partiyanın mövqeyi Milli Şuranın bu günkü iclasında ortaya qoyulacaq. Amma mənim şəxsi fikrim belədir ki, Rüstəm İbrahimbəyovun istefa müraciətini doğru saymıram. Hər halda biz Rüstəm bəyin mövqeyini əsas götürərik”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti