Mərkəzi Bank Çinə maraq göstərir

Mərkəzi Bank Çinə maraq göstərir
  04 Dekabr 2013    Oxunub:1513
Mərkəzi Bank Asiya bazarlarında 500 milyon dollardan artıq vəsait yerləşdirmək niyyətindədir.

Azərbaycan Mərkəzi Bankı (AMB) Asiya bazarlarında ilkin mərhələdə 500-600 milyon dollar məbləğində qiymətli kağızlar əldə etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə AMB-nin İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

Onun sözlərinə görə, AMB artıq Asiya bazarlarında, əsas etibarilə Sinqapur, Malayziya, İndoneziya və Cənubi Koreya bazarlarında işləmək üçün əcnəbi menecerlərlə danışıqlar aparır.

A.Babayev qeyd edib ki, Çin bazarı da Mərkəzi Bankın maraq dairəsinə daxildir.


Teqlər:  





Xəbər lenti