ARDNŞ Türkiyəyə böyük pullar yatırır

ARDNŞ Türkiyəyə böyük pullar yatırır
  05 Dekabr 2013    Oxunub:1358
“Həm enerji transferi, həm də neft emalı sahələrində Azərbaycanla Türkiyəni böyük oyunculara çevirmək üçün çalışırıq”. Bu sözləri hazırda İstanbulun “Çırağan” otelində keçirdiyi mətbuat konfransında “SOCAR-Türkiyə”nin başqanı Kenan Yavuz deyib.

- Hazırda SOCAR olaraq Türkiyənin ən böyük yatırımçısıyıq,- deyən Kenan Yavuz bildirib ki, ümumilikdə şirkət Türkiyəyə 20 milyard dollara yaxın investisiya qoyub. Bunun təxminin 9 milyardı “Petkim”in alınmasına xərclənib.

Təkcə ötən həftə Azərbaycandan Türkiyəyə 475 milyon dolların transfert edildiyini bildirən Yavuz qeyd edib ki, bu, Türkiyə tarixində ən böyük birbaşa transefrtlərdən biridir.

ARDNŞ-in Türkiyədə tikdiyi liman haqqında danışan Yavuz bildirib ki, logistik mərkəz kimi fəaliyyət göstərəcək liman 2015-ci ilin ortalarında işə düşəcək. Bu günə qədər ARDNŞ limana 300 milyon dollar yatırıb. Daha 400 milyon dolları isə liman üzrə ortağı olan APMT şirkəti yatırıb.

Vüsal Məmmədov
AzVision.az / İstanbul


Teqlər:





Xəbər lenti