Arif Hacılı gənc fəalı “gözüm çıxdıya” salıb - QALMAQAL
“Bundan sonra Arif bəy mənə döyüş açdı. Və mən istiqlalçı deputat Arif Hacılıya məğlub oldum. Bu isə məni ruhdan salmır, əksinə daha çox sevindirir”.
O, Arif Hacılını niyə tənqid etdiyinin səbəbini belə izah edib.
“Ayxan Arif Hacılının qardaşı oğludur. Ayxan bəy, sədrliyə namizəd Rüfət Hacıbəylinin tərəfdarı idi və elə tərəfini saxladığı şəxs tərəfindən də sərbəst şura üzvlüyünə namizədlərdən biri olmuşdu. Səslər sayılan vaxt Ayxan bəyin yetərili səsi yığmadığını görən Arif bəy gülümsəyərək Ayxanın qardaşı Tural Hacıbəyliyə dedi ki, “Öyrən əmidən seçki necə keçir. Mən sual ünvanladım ki, Arif bəy bu ifadəni niyə işlədib və Gənclər Təşkilatının seçkilərində niyə adı hallanı? Bu söz Arif bəyin acığına gəldi və açıq şərhlə mənə dedi ki, səni cəzalandıracam”.
Keçmiş müsavatçı vurğulayıb ki, Divanın onun barəsində çıxardığı qərara hörmətlə yanaşır: “Mən Divanın qərarına hörmətlə yanaşıram. Rəsmi şəkildə olmasaq da Müsavat prinsiplərinə sadiq qalacam və qəlbən müsavatçıyam. İstiqlalçı deputatla döyüşdə uduzsam da hələ növbəti döyüşlərim olacaq. Ən tez vaxtda isə partiyaya yenidən üzv olmaq üçün müraciət edəcəm”.
Fatimə Kərimli