Qazaxda sahibkarlar üçün treninq keçirildi
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, ixrac bazarlarının təsnifatı və strukturu, güzəştli ixrac şərtləri, ixracın stimullaşdırılması və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzusunda təqdimat keçirilib.
Treninq iştiarkçıları, həmçinin turizm obyektlərində kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub, turistlərin qarşılanmasının, yerləşdirilməsinin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin yaradılması və s. barədə məlumatlandırılıblar.
Bununla yanaşı, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə geniş məlumat verilib.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Teqlər: