2,7 milyon ton neft dünya bazarlarına çıxarıldı

2,7 milyon ton neft dünya bazarlarına çıxarıldı
  08 Dekabr 2013    Oxunub:1306
Cari ilin noyabrında Ceyhan limanından 2,7 milyon ton neft dünya bazarlarına çıxarılıb. Bakı-Tbilisi-Ceyhan istismara verilən gündən 2013-ci il dekabr ayının 1-ə qədər Ceyhan limanından 230 milyon 735 min 873 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Cari ilin noyabr ayı ərzində 2 milyon 711 min 473 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bunun da 1 milyon 830 min 620 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNŞ) nefti təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi 27 milyon 69 min 219 ton olub.

AzVision.az xəbər verir ki, ARDNŞ-nin mətbuat xidmətindən bildiriblər ki, ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan istismara verilən gündən 2013-ci il dekabr ayının 1-ə qədər Ceyhan limanından 230 milyon 735 min 873 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.


Teqlər:





Xəbər lenti