Biznes Keys Müsabiqəsinin final mərhələsi keçirildi - FOTO

Biznes Keys Müsabiqəsinin final mərhələsi keçirildi - FOTO
  09 Dekabr 2013    Oxunub:1850
Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsi keçirilib.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsini təşkil edib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan Biznes Keys Müsabiqəsi ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandalarının iştirak etdiyi ənənəvi müsabiqədir. Bu müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim edirlər.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin sədri Aynurə Piriyeva müsahibəsində deyib ki, bu il 11 illiyini qeyd edəcək müsabiqə 2002-ci ildən həyata keçirilməyə başlayıb.

Azərbaycanda biznes keys təhlili təcrübəsinin azlığını nəzərə alan “MBA Enterprise Corps” təşkilatının könüllüləri bu layihənin əsasını qoyublar. 2006-cı ildən etibarən isə bu müsabiqənin keçirilməsi hüququ ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə verilib.

Bildirildi ki, Azərbaycan Biznes Keys Müsabiqəsi tələbələrin analitik və təqdimat bacarıqlarının inkişaf etdirilməsində və karyera inkişafında çox önəmli rol oynayacaq vərdişlərin aşılanmasında və tələbələrə biznes idarəçiliyinin öyrədilməsində əvəzsiz rol oynayır.

Müsabiqədə iştirak etmək üçün 16 universiteti təmsil edən 84 komanda ərizə vermişdir. Onlardan yalnız 18-i final mərhələsinə çıxmağa nail olub.

Bütün komandalar beş həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçmiş, final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak ediblər.

Qaydalara uyğun olaraq yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim ediblər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış ediblər.

Müsabiqənin sonunda qalib komandaya mükafat təqdim olunub.

Qalereya




Teqlər:





Xəbər lenti