Prezident qəbul keçirdi
Əbdüllətif Əhməd Əl-Osman İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Əbdüllətif Əhməd Əl-Osman Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını dedi. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduğunu deyən qonaq bu münasibətlərin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd etdi.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycanın əsas tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanı Krallığı ilə ölkəmiz arasında əməkdaşlığı yüksək qiymətləndirən Prezident İlham Əliyev bu əməkdaşlığın böyük potensiala malik olduğunu dedi və bu istiqamətdə mühüm irəliləyişlər əldə ediləcəyinə əminliyini bildirdi.
Dövlət başçısı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi.
Teqlər: