Kamal Abdulla hər il niyə istefa verir?

Kamal Abdulla hər il niyə istefa verir?
  13 Dekabr 2013    Oxunub:1431
Bu gün Bakı Slavyan Universitetində (BSU) Xəlifə günü qeyd edilir. İllərdir davam edən bu ənənəyə görə, universitetdə rektor, prorektor və digər rəhbər vəzifələrin icrası bir günlük tələbələrə həvalə edilib. Bu gün könülü olaraq rektor başda olmaqla, bütün rəhbər strukturları istefa verirlər.

BSU-nun jurnalistika və filologiya fakültəsinin dekanı Səfər Məmmədovun fikrincə, Bakı Slavyan Universiteti tələbələrinin müstəqil idarəçilik qabiliyyətinin inkişafına təkan vermək, intellektual səviyyələrini, işgüzar bacarıq və vərdişlərini yoxlamaq, onlar tərəfindən verilən uğurlu təklifləri təhlil edib həyata keçirmək məqsədilə hər il dekabrın 13-də Xəlifə günü keçirilir.

“Bakı Slavyan Universiteti Azərbaycanda yeganə təhsil müəsisəsidir ki, Kamal Abdullayevin təşəbbüsü ilə belə bir tədbir həyata keçirilir. Tələbələrin gələcəkdə idarəetmə vərdişlərinə yiyələnməsi məqsədi daşıyır. Bu gün könülü olaraq rektor başda olmaqla, bütün rəhbər strukturları istefa verirlər. Və tələbələr Universiteti idarə edirlər”.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla rektor səlahiyyətlərini bir günlük universitetin təbələsinə həvalə edib. Rektorun bu addımı BSU-da keçiriləcək Xəlifə günü ilə bağlıdır. Xəlifə günü ilk dəfə 2002-ci ilin dekabrın 13-dən ənənəvi olaraq BSU-da keçirilir.

Mirvari


Teqlər:





Xəbər lenti