İşğal olunan ərazilərimizdə xəstəlik yayılıb

İşğal olunan ərazilərimizdə xəstəlik yayılıb
  23 Dekabr 2013    Oxunub:1669
Erməni fermerlərin əkdikləri məhsul cüzam xəstəliyi nəticəsində məhv olub. Bu barədə AzVision.az erməni mətbuatına istinadən xəbər verir. Artıq ikinci ildir ki cüzam separatçıları çətinə salıb. Becərdikləri məhsulun məhv olmasını fəlakət kimi qiymətləndirən ermənilər, aclıq başlayacağından qorxurlar. `Camaat nsuz da acından ölür. QIşın bu çağında nə yeyəcəyik bilmirik. Kimin nəyi varsa da, od qiymətinə satır`- deyə işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşmış erməni bildirir.

Cüzam təkcə taxıla deyil üzüm tinglərinə də düşüb. Xəstəlik məhsulu elə yerindəcə məhv edib. Hektarlarla taxıl və üzüm sahələri məhv olan kəndlilər yerli hökumətin biganəliyindən şikayətlənirlər:"Keçən il də bu xəstəlik yayılmışdı, heç bir tədbir görmədilər.Bizdə isə xəstəliyin qarşısını almaq üçün lazım olan dərman yoxdur`.

Qeyd edək ki, vaxtında lazımi tədbir görülmədiyindən xəstəliyin daha geniş miqyas alacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti