Göyçayda 316 nəfər işlə təmin olunub

Göyçayda 316 nəfər işlə təmin olunub
  25 Dekabr 2013    Oxunub:3165
Cari ildə Göyçayda 316 nəfər işlə təmin olunub.
Göyçay rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində lazımı tədbirlər görülür.

Göyçay Rayon Məşğulluq Mərkəzindən AzVision.az -a bildiriblər ki, cari ilin 11 ayında mərkəzə 650 nəfər işaxtaran müraciət etmişdir. Onlardan 316 nəfəri öz peşəsinə uyğun işlə təmin olunub. İşə düzələnlərin 143-ü qadın, 156-ı gənclərdir.

Vətəndaşlar əsasən yerli istehsal və emal müəssisələrində, restoran və mağazalarda, eləcə də tikinti, sosial xidmətlər, kommunal xidmət, su-kanalizasiya sahələrində işlə təmin olunublar.

Bundan əlavə, 6 nəfər kvota yerinə işə göndəriş almış, 30 nəfərə işsizlik müavinəti ödənilmiş, 216 nəfər peşə hazırlığı kursuna cəlb edilib.


Teqlər:





Xəbər lenti