Spirtli içki alarkən diqqətli olun
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, dövlət nəzarəti qurum yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən reallaşdırılıb.
Araşdırma zamanı istehsal olunan spirtli içkilərin uyğunluq sertifikatlarının olmadığı, müəssisənin sanitar vəziyyətinin normativ sənədlərin tələblərinə cavab vermədiyi, laboratoriyada məhsulların və suyun mütəmadi analizlərinin aparılması üçün şəraitin olmadığı müəyyən edilib. Bunda başqa, bəzi məhsulların üzərində istehsal tarixi barədə qeydlərin olmadığı, 6 ədəd ölçmə vasitəsinin müqayisəli yoxlamadan keçmədən istismar olunduğu, həmçinin satışı qadağan olunmuş məhsul partiyası aşkar edilib.
Qeydə alınan bu və digər nöqsanlarla bağlı müəssisədə məhsul istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib, həmçinin sertifikatsız məhsul istehsalına, ölçmə vasitələrinin müqayisəli yoxlamadan keçirilməməsinə və Dövlət Nəzarəti Xidməti tərəfindən verilmiş tələbnamənin yerinə yetirilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib edilib.
AzVision.az