Azadolmalar yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdiriləcək

Azadolmalar yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdiriləcək
  29 Dekabr 2013    Oxunub:1323
Azərbaycanda vergi azadolmaları və güzəştləri yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdiriləcək.
Azərbaycanda vergi azadolmalarının və güzəştlərinin verilməsi heç bir normativ hüquq aktları ilə deyil, yalnız Vergil Məcəlləsi ilə müəyyənləşdiriləcək. AzVision.az xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunda nəzərdə tutulub.

Bundan başqa, Məcəllənin 36.5-ci maddəsi ləğv edilərək 3.9-cu bənd şəklində 38-ci maddəyə əlavə edilib. Bu bəndə əsasən, vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz.

Dövlət başçısının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə sərəncamına əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Prezidentinin digər akt və qanunlarının, Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının edilmiş dəyişiklərə uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq və bu barədə dövlət başçısına məlumat vermək tapşırılıb.


Teqlər:





Xəbər lenti