“Müsavat çıxsa da biz Milli Şurada qalacağıq” - AXCP

“Müsavat çıxsa da biz Milli Şurada qalacağıq” - AXCP
  29 Dekabr 2013    Oxunub:1153
“Müsavat Milli Şuradan çıxsa da, biz öz fəaliyyətimizi Milli Şurada davam etdirəcəyik”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı deyib.

AXCP funksioneri həmçinin qeyd edib ki, Müsavatın çıxması ilə Milli Şura dağılmayacaq:

“”Milli Şura dağılacaq və biz Milli Şuranı tərk edəcəyik” fikrində heç bir məntiq görmürəm. Kimsə Milli Şuranı tərk edəcəksə, Milli Şuranın dağılmasından söhbət gedə biməz. Milli Şura öz fəaliyyətini davam etdirəcək və Müsavat çıxsa belə, Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq, bizi orada fəaliyyətimizi davam etdirəcəyik”-deyə G. Bayramlı bildirib.

Qeyd edək ki, bəzi Müsavat rəsmiləri Milli Şuranın fəaliyyətinin başa çatdığını bildirərək partiyanın bu qurumdan çıxacağını iddia edirlər.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti