Prezident ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb
Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı bildirdi ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirdi.
Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olundu.
AzVision.az
Teqlər: