Ölkənin 90 faizi qazlaşdırılıb

Ölkənin 90 faizi qazlaşdırılıb
  30 Dekabr 2013    Oxunub:1198
Ölkə ərazisində qazlaşdırmanın səviyyəsi 90 faizə çatıb.
2013-cü ildə ölkə ərazisində qazlaşdırmanın səviyyəsi 90 faizə çatıb.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev 2013-cü ilin yekunlarına həsr edilmiş tədbirdə deyib.

ARDNŞ prezidenti qeyd edib ki, böyük investisiyalar nəticəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təkcə bu il 9 min kilometr yeni boru kəməri çəkilib, 1580 kilometr xətt isə təmir edilib, çoxlu qazpaylayıcı məntəqələr tikilib. Abonentlərin sayı 600 mindən çox artaraq, 1 milyon 600 mini keçib. Prezident İlham Əliyevin 2015-ci ilədək qazlaşdırmanın səviyyəsinin 99 faizə çatdırılması ilə bağlı tapşırığın yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir.


Teqlər:  





Xəbər lenti