Rza İbadov partiya yaradır? - AÇIQLAMA
Sabiq deputat AzVision.az-a açıqlamasında Rəsul Quliyevlə hər hansı işbirliyinin olmadığını deyib.
“Kimin ağlına nə gəldi yazırlar. Boş verin getsin. Mənim belə bir niyyətim və planım yoxdu”-deyə R.İbadov qeyd edib.
Hazırda Londonda yaşayan sabiq deputat bundan sonra Azərbaycana gəlmək niyyətində olmadığını bildirib.
R.İbadov həmçinin deyib ki, işləri ilə əlaqədar tez-tez Türkiyədə olur.
“Yox, Azərbaycana gəlmək fikrim yoxdur. Ancaq tez-tez işim olanda Türkiyəyə gəlirəm”.
Qeyd edək ki, yerli mətbuatda yer alan məlumatlara görə, Rəsul Quliyevin ideya müəllifi olduğu «Gələcək Azərbaycan» adlı partiyanın quruculuğunda hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanov və Almaniyadan bu günlərdə mühacir statusu alan, keçmiş deputat Hüseyn Abdullayev və Rza İbadovda ştirak edə bilər.
Xatırladaq ki, Rza İbadov 1995-ci ildə 1-ci çağırış Milli Məclisin deputatı olub. Ona qarşı Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə cinayət işi açılıb və beynəlxalq axtarışa verilib.
Şəhanə Rəhimli