Vasif Talıbov Naxçıvanda “Muxtariyyət ili” elan etdi

Vasif Talıbov Naxçıvanda “Muxtariyyət ili” elan etdi
  30 Dekabr 2013    Oxunub:2406
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilib. AzVision.az-ın məlumatına görə, sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıb¬ov 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə edib.

“Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin təsdiq edilməsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin təsdiq edilməsi” barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış ediblər.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi” təsdiq olunub.

Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilib.

Ali Məclisin Sədri gündəlikdə duran növbəti məsələ ilə bağlı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 4-cü maddəsinə əsasən, Müvəkkil 7 il müddətinə seçilir. Hazırkı Müvəkkil 2006-cı ildə bu vəzifəyə seçildiyindən səlahiyyət müddəti başa çatıb.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 10-cu bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verməlidir. Bununla əlaqədar olaraq Bayramova Ülkər İmamqulu qızı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçilmək üçün təqdim olunub.

Səsvermə keçirilib və Ülkər Bayramova Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) seçilmiş Ülkər Bayramova Ali Məclisin sessiyasında and içib.

2014-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi qeyd olunacaq. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə 2014-cü il muxtar respublikada “Muxtariyyət ili” elan olunub.

Anar Rüstəmov


Teqlər:





Xəbər lenti