Deputat komaya düşən xanımla maraqlandı
“Elə indi Mingəçevir mərkəzi şəhər xəstəxanasının baş həkimin müavini ilə danışdım. Baş həkim məzuniyyətdədir. Doğuş zamanı komaya düşmüş mingəçevirli Ocaqverdiyeva Esmiranın vəziyyəti ilə maraqlandım. Xəstənin vəziyyəti nisbətən yaxşılaşıb, yeni reaksiyaları yaranıb, adını çağıranda gözünü açır, ağırlaşma yoxdur. Baş həkim müavinin bildirdiyinə görə, xəstənin reanimasiyası üçün müvafiq işlər görülür”.
Deputat bildirib ki, Bakıdan çağrılmış təcrübəli reanimatoloq daima xəstənin müalicəsi ilə məşğul olur: “O vaxtaşırı xəstənin qohumları ilə görüşür, onların suallarına cavab verir, vəziyyəti izah edir. Mingəçevir həkimləri ilə birgə xəstənin sağalması üçün görüdyü işlər barəsində məlumat verir.
Xəstənin ən yaxın qohumlarına vaxtaşırı palataya girərək onu görməyə və narahatçılığı azaltmağa imkan verilir. Gəlinin anası, qaynanası (eşq olsun !), əri və yaxın qohumları demək olar ki, həmişə ordadırlar”.
AzVision.az