ATƏT-in Bakı ofisindən Azərbaycana dair HESABAT
ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay bildirib ki, qurbanların hüquqlarının qorunmasında məhkəmə sistemi əhəmiyyətli rol oynayır.
Ona görə də qanunvericilik bazası və onun icrasını inkişaf etdirilərək, məhkəmələrin gündəlik iş mexanizmini və qurbanların tam müdafiəsi, eləcə də məhkəməyə çatımlığının təmin olunması yaxşılaşdırmalıdır.
Səfir məişət zorakılığının qarşısının alınması haqqında qanunun qəbulunu Azərbaycanın problemin həllində atdığı mühüm addımlardan biri kimi qiymətləndirib. Lakin məhkəmələrin monitorinqinə dair hesabatda da qeyd olunduğu kimi, məişət zorakılığına məruz qalmış qurbanların müdafiəsində hələ də bir sıra çatışmazlıqlar mövcuddur.
Bu problemlərə mühafizə orderinin tətbiq olunması ilə bağlı qanunda nəzərdə tutulan prosedurların həyata keçirilməməsi, Cinayət Prosessual Məcəlləsində məişət zorakılığı qurbanlarının müdafiə olunması üçün xüsusi normaların nəzərdə tutulmaması və qurbanların təhlükəsizliyi və məhkəməyə çatımlılığına təsir edə biləcək digər təcrübələr daxildir.(trend)
Teqlər: