Həmyerlilərimiz Ukrayna ali dövlət mükafatına layiq görüldü
Bir sıra elm və mədəniyyət xadimlərinə, dövlət və hökumət rəsmilərinə ,o cümlədən iş adamlarına və ictimai təşkilatların rəhbərlərinə Dnepropetrovsk Vilayət Deputatlar Şurasının təsis etdiyi ən yüksək orden və medallari təqdim edib. Təltif olunanlar arasında Dnepropetrovsk Vilayətinin deputatı ,tanınmış azərbaycanlı iş adamı Fəxrəddin Muxtarov vilayətin sosial iqtisadi həyatındakı xidmətlərinə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev isə səmərəli ictimai fəaliyyətinə və Azərbaycanla Ukrayna arasındakı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə ən yüksək orden və medala layiq görülüblər.
Mərasimdə iştirak edən Dnepropetrovsk Vilayətinin qubernatoru Dmitri Kolesnikov Fəxrəddin Muxtarovu ilin ən fəal deputatı kimi təbrik edərək, onu vilayət administrasiyası adından fəxri diplom və saat hədiyyəsi ilə mükafatlandırıb. F. Muxtarov və R.Tağıyev Azərbaycan və Ukrayna xalqlarının tarixi dostluq əlaqələrinin durmadan inkişaf etdirilməsinin fərəhləndirici hal olmasından danışıblar. İlin adamı nominasiyasına layiq görüldüklərinə görə Dnepropetrovsk Vilayətinin rəhbərliyinə minnətdarlıqlarını bildirən Fəxrəddin Muxtarov və Rövşən Tağıyev iş adamları olaraq bundan sonrada vilayətin sosial-iqtisadi həyatında yaxından iştirak edəcəklərini vurğulayıblar.
Teqlər: