Ötən il 17,8 milyard kubmetr qaz nəql edilib
Azərbaycan ərazisində magistral qaz kəmərləri ilə 2013-cü ilin yanvar-noyabr aylarında 17,8 milyard kubmetr “mavi yanacaq” nəql edilib, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 3,5 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, nəql edilən qazın 23,8 faizi Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə həyata keçirilib və 4,3 milyard kubmetr qaz ötürülüb.