Gürcüstanda benzin ucuzlaşdı

Gürcüstanda benzin ucuzlaşdı
  06 Yanvar 2014    Oxunub:1368
Gürcüstanda neft məhsullarının parakəndə satışı ilə məşğul olan şirkətlər yeni il bayramı günlərində benzinin və dizel yanacağının qiymətini aşağı salıblar.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, “LUKoil Georgia” şirkəti yanvarın 5-dən etibarən benzin və dizel yanacağının parakəndə satış qiymətlərini müvafiq olaraq 5-10 tetri (1 lari =0.58 ABŞ dolları) ucuzlaşdırıb.

Beləliklə, Gürcüstanda “euro regular” markalı benzinin 1 litri 1,97 lari, yəni 1 dollar 16 sent, yaxud 90 qəpik olub. “Euro super” markalı yüksək oktanlı benzinin 1 litri isə 2,22 lari olub.

“Premium avangard” markalı benzin 10 tetri ucuzlaşaraq 2,12 lari, dizel yanacağı isə 5 tetri ucuzlaşaraq 2,17 lari olub.

Bundan əvvəl “Sun Petrolium Georgia” şirkəti də benzinin və dizel yanacağının qiymətini aşağı salmışdı. Həmçinin Gürcüstan bazarında benzin və dizel bazarında əhəmiyyətli ölçüdə paya malik olan “SOCAR Georgia” şirkəti “euro regular” markalı benzini və “energy” markalı dizel yanacağını 5 tetri ucuzlaşdırıb. Ucuzlaşmadan sonra Gürcüstanda benzinin qiyməti təxminən Azərbaycandakı qiymətlərə yaxınlaşıb.


Teqlər:  





Xəbər lenti