Rusiyadan neft rekordu
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya yanacaq və energetika naziri Aleksandr Novak məlumat verib. Nazirin sözlərinə görə, ötən il ölkədə 523,2 milyon ton xam neft hasil olunub.
Aleksanr Novak rekord göstəricinin faydalı qazıntıların çıxarılması sahəsində vergi qanunvericiliyinə edilən dəyişikliklər və Krasnoyarsk diyarında Vankorsk neft yatağının istifadəyə verilməsi ilə əlaqələndirib. Bundan başqa “Qazprom” korporasiyasının da neft hasilatına cəlb olunması öz müsbət təsirini göstərib.
Xatırladaq ki, Rusiya Federasiyası 2013-cü ildə dünyanın ən böyük neft hasilatçısına çevrilib. Şimal qonşumuz ötən il ən yaxın təqibçisi Səudiyyə Ərəbistanından sutkada 1 milyon barel daha artıq neft istehsal edib.
Vüqar İsmayılov