Ölkədə muzdla işləyənlərin 1,8 faizi IT sahəsinə düşüb
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda göstərilir ki, muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində məşğul olub.
Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 419,0 manat olub. İqtisadiyyatın bir sıra sahələri ilə yanaşı, informasiya və rabitədə orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Teqlər: