50 dollarlıq smartfon təqdim olundu

50 dollarlıq smartfon təqdim olundu
  14 Yanvar 2014    Oxunub:1537
AzVision.az xəbər verir ki, Çinin mobil elektronika istehsalçısı “JiaYu” şirkəti 50 dollarlıq “F1” smartfonunu təqdim etməyə hazırlaşır. İstehsalçı bu məbləğə alıcılara zəif də olsa, işlək smartfon təklif etməyə hazırlaşır.

“JiaYu F1” smartfonu 800x480 piksel təsvir ölçülü 4 düymlük ekran, “MediaTek MT6572” platformasına əsaslanan 1,3 QHs takt tezlikli ikinüvəli prosessor, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz ediləcəkdir. Aparat, həmçinin 5 və 0,3 meqapiksellik kamera və 2400 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcəkdir. “JiaYu F1” smartfonu “Android 4.2” platforması ilə işləyəcək.


Teqlər:





Xəbər lenti