Xaçmazda 1000-dək at və eşşək cəsədi tapılıb

Xaçmazda 1000-dək at və eşşək cəsədi tapılıb
  14 Yanvar 2014    Oxunub:1981
Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədi tapılıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, cəsədlər rayonun Qımılqışlaq kəndi ərazisində aşkar edilib. Avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi tapılıb.

Meşə gözətçisi İlyas İlyasov deyib ki, bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini bildirib.

Ehtimal olunur ki, bu heyvanların ətindən kolbasa istehsalında istifadə olunur, cəsədlərin qalıqları əraziyə axşam saatlarında gətirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti