Əlil və şəhid ailələrinə ev veriləcək

Əlil və şəhid ailələrinə ev veriləcək
  16 Yanvar 2014    Oxunub:1463
Azərbaycanda əlil və şəhid ailələri üçün tikilən yaşayış binalarının bu il istifadəyə verilməsi nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün mənzil tikintisi işləri uğurla davam etdirilir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə bu təbəqələrdən olan vətəndaşlar üçün Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə və Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binaları inşa olunur.

Qeyd olunan yaşayış binalarının cari il ərzində əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

Fatimə


Teqlər:





Xəbər lenti