Apreldən maşınların qiyməti qalxacaq

Apreldən maşınların qiyməti qalxacaq
  16 Yanvar 2014    Oxunub:1294
“Avro-4 standarların keçidlə 2005-ci ilədək olan avtomobillərin ölkəyə gətirilməsi qadağan ediləcək. Bu da ili köhnə olan maşınların qiymətlərində artımlara səbəb olacaq”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanın Avro-4 standartına keçməsini şərh edərkən bildirib.

Ekspert hesab edir ki, Avro 4 standartı havaya buraxılan dəm qazın həcmində azaldılmasına hədəflənib.

“Bu il aprelində 1-dən etibarən Azərbaycan Avro 4 standartlarına keçək. Hökumət bu addımla ətraf mühitə buraxılan zəhərli qazların qarşısını müəyyən qədər almağa çalışır. Beləliklə, Azərbaycanda Avro 3 standartını tətbiq etmədən birbaşa Avro 4 standartına keçir. Bu isə o deməkdir ki, istehsal müddəti 2005-ci ilə qədər olan avtomobillər bundan sonra ölkəyə gətirilə bilməyəcək. Bütövlükdə, Avro 4 standartı havaya buraxılan dəm qazın həcmində azaldılmasına hədəflənib. Minik avtomobilində bir kilometr yolun qət edilməsi üçün havaya buraxılan dəm qazının miqdarı Avro 3 standartında 2 qramdırsa yeni standartda bu cəmi 1 qramdır.

Amma məsələnin sadəcə ekoloji deyil, eyni zamanda iqtisadi tərəfləri də vardır. Əvvəlla, istehsal tarixi 2005-ci ilədək olan avtomobillərin ölkəyə gətirilməsinin qadağan edilməsi ili köhnə olan maşınların qiymətlərində artımlara səbəb olacaq. Belə ki, ili köhnə olan avtomobillərin qiymətlərinin aşağı olması onlara ölkədə hər zaman tələbatın formalaşmasına səbəb olur. Son qadağanın isə köhnə avtomobillərin ölkəyə gətirilməsinə imkan verməyəcəyini nəzərə aldıqda o zaman təklifin azalması müşahidə ediləcək. Bu avtomobillərə tələbin dəyişmədiyini və hətta bəzi hallarda artıdığını nəzərə aldıqda o zaman qiymət artımların olacağını proqnozlaşdırmaq çətin olmaz. Köhnə maşınların idxal olunan avtomobillərin strukturundakı çəkisini nəzərə aldıqda il ərzində köhnə avtomobillərin qiymətində 7 faizə yaxın artım olacağı gözlənilir”.

V.Bayramov qeyd edib ki, yeni stdandarta keçid heç bir halda benzinin qiymətinin artmasına səbəb olmamalıdır.

“Çünki bu benzinin xərc strukturunda ciddi dəyişiklərə səbəb olmayacaq. Yeni xərc yaranmadığı üçün isə benzinin qiymətinin artması gündəmdə olmamalıdır.
Üçüncüsü, benzinin keyfiyyəti Avro-4 standartlarına zamanında uyğunlaşdırılmadığı halda köhnə avtomobillərinin idxalına qadağaların müəyyənləşdirilməsinin ciddi əhəmiyyəti olmayacaq. Çünki, Avro 4 standartı olan avtomobil öz standartını qorumaq üçün ən azı müvafiq standartda benzindən istifadə etməlidir.

Nəhayət, Avro-4 standartlarına keçiddən sonra ili çox köhnə olan, xüsusən də 1995-ci ilədək istehsal olunan avtomobillərin mərhələli olaraq dövlət tərəfindən satış alınması prosesinə başlanılmalıdır. Əks halda, mövcud ekoloji problemləri həll etmək çətin olacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti