Sənaye sahəsində istehsalın artımı qeydə alınıb

Sənaye sahəsində istehsalın artımı qeydə alınıb
  18 Yanvar 2014    Oxunub:1350
Azərbaycanda il ərzində sənaye sahəsində istehsalın artımı qeydə alınıb.
2013-cü ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,7 milyard manat təşkil edərək əvvəlki illə müqayisədə 1,8 faiz çox olub.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənayenin ibarət olduğu mədənçıxarma, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin hamısında 2012-ci illə müqayisədə istehsalın artımı qeydə alınıb.

İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 20,1 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin səviyyəsini 4,8 faiz, neft-qaz sektorunda isə 1,1 faiz üstələyib. İl ərzində 43,1 milyon ton neft, 17,9 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, metallurgiya, elektrik avadanlıqlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.


Teqlər:





Xəbər lenti