Hindistan smartfon ölkəsinə çevrilir
AzVision.az “3DNews”a istinadən xəbər verir ki, cari ildə lider 283 milyon smartfonun satılacağı Çinin olacağı proqnozlaşdırılır. Alıcılar arasında 216 milyon nəfər ilk dəfə smartfon sahibi olacaq. Hindistanda satış həcmi 225 milyon smartfon təşkil edəcək ki, bunun da 207 milyonu ilk alış hesab edilir.
Ümumilikdə smartfonların satışında hər iki bazarda 500 milyondan çox artımın qeydə alınacağı gözlənilir. Maraqlıdır ki, inkişaf etməkdə olan ölkələrdə mobil internet istifadəçilərinin sayı inkişaf etmiş ölkələrin bu göstəricisini ötəcək. ABŞ-da smartfonların satış həcminin 89 milyon olacağı güman edilir. "Mediacells”in idarəedici direktoru Bred Riz 14 və daha kiçik yaşlı istifadəçilər arasında smartfonlara marağın artdığını bildirib. Bu seqmentdə lider “Motorola”, “Samsung” və “LG” şirkətləridir.
İlk onluğa daxil olan ölkələr arasında Braziliya (47 milyon satış), İndoneziya (46 milyon), Rusiya (31 milyon), Yaponiya (30 milyon), Meksika (23 milyon), Almaniya (22 milyon), Fransa (18,7 milyon), Böyük Britaniya (17,7 milyon) yer alıb.