XƏBƏRDARLIQ- 24-nə kimi işıq pulunu ödəyin
Şirkətdən AzVision.az-a bildiriblər ki, abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayılır. Belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün çox ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunan elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, “Bakıelektrikşəbəkə” ASC-nin ödəmə məntəqələrində, həmçinin internet sayt ( www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilə bilər.
Teqlər: