`LUKоyl` 200 milyon dollar kredit götürür

`LUKоyl` 200 milyon dollar kredit götürür
  24 Yanvar 2014    Oxunub:1086
Avropa Yenidənqurma və İnkişaf Bankı Rusiyanın “LUKоyl” neft şirkətinə 200 milyon dollar həcmində kredit verəcəyini təsdiqlədi.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Rusiyanın “LUKоyl” neft şirkətinə 200 milyon dollar həcmində kredit verəcəyini təsdiq edib.

AzVision.az xəbər verir ki, vəsait Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində işlərin genişləndirilməsi üçün verilir.

“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üçün ümumilikdə 2,13 milyard dollar lazımdır. Layihədə “LUKоyl” şirkəti 212,8 milyon dollar paya malikdir. Şirkət ötən ilin payızında kredit üçün AYİB-ə müraciət edib.

Layihə Azərbaycanda özəl kapitalın yayılmasını da dəstəkləyəcək.


Teqlər:





Xəbər lenti